Uluslararası Uygur Araştırmaları Dergisi (Dec 2019)

Bədii Mətnlərdə Demonizm Ənənəsi və Bu Faktorun H. Cavid Yaradıcılığında Təzhürü (Yazılı Metinlerde Şeytan (Demon) Karakteri ve Bu Karakterin H. Cavit’in Edebi Yaratmalarına Yansıması)

  • Şefeg HESENOVA

Journal volume & issue
no. 14
pp. 111 – 120

Abstract

Read online

İbtidai təfəkkürün ifadə forması kimi mövcud olan xeyir və şər anlayışı mifoloji düşüncəni formalaşdıran əsas ünsürlərdən biri olmuşdur. Bütün arxaik m ifologiyalarda müxtəlif adlarla tanınan bu mifoloji varlıqlar daha çox esxotoloji xarakter daşıyır. İstər Şərq istərsə də Avropa mifoloji təsəvvüründə dünyanın düzənini təhdid etməklə yanaşı insana da ziyan verən bu varlığın adı zamanla ümumilərək qəlib mətnlər formalaşdırmışdır. Daha sonra isə b u qəlib mətnlər dini kitablara da yansımışdır. Qərbdə Demon, Dyavol, Şərqdə İblis, Şeytan adı ilə tanınan bu varlıq orta əsrlərdən etibarən bədii mətnlərin də mövzusuna çevrilir. Azərbaycan ədəbiyyatınada Nizami, Fizuli, Nəsimi kimi görkəmli şairlərin sufi-mistik dünya görüşündə şərin təmsilçisi kimi ehtiva edilən iblis bəzən div kimi də təqdim olunur. XX əsrdən romantizm ədəbiyyatında İblis obrazı H. Cavid yaradıcılığında xüsusi yer alır. İblisin demonizmini insan ruhu ilə müqayisə edən şair “İblis” dramında İblisi müharibənin səbəbkarı kimi dəyərləndirir. Müharibələri isə nəfs və təkəbbürün nəticəsi kimi insanın ruhunu şeytana satması ilə əlaqələndirir.

Keywords