Din Araşdırmaları Jurnalı (May 2024)
Furat əl-Kufi və onun “Təfsir” əsəri
Abstract
Furat ibn İbrahim ibn Furat əl-Kufi hicri III (m. IX) əsrin ikinci yarısı ilə IV (m. X) əsrin birinci yarısında yaşamış müfəssirdir, həyatı və yaradıcılığı haqqında kifayət qədər məlumat yoxdur. Mənbələrdə Furat əl-Kufiyə bir təfsir nisbət edilir. Müasirlərindən fərqli olaraq, Furat bu təfsirində, əsasən, İmam Əli və əhli-beyt haqqında nazil olduğuna inandığı ayələrin vəhy səbəbləri və təfsirinə dair rəvayətləri təqdim edir. Bu baxımdan, adıçəkilən əsər bir rəvayət təfsiridir. Bir tərəfdən, erkən rical əsərlərində adının keçməməsi, digər tərəfdən, təfsirində imamiyyənin “imamət” anlayışına zidd olan rəvayətlərə yer verməsi Furat əl-Kufinin zeydiyyədən, yoxsa imamiyyədən olduğu sualını ortaya çıxarır. Ravisi məchul olan təfsirin əvvəllər mövcud olan sənədlərinin silinməsi bu əsərin mötəbərliliyinə xələl gətirir. Digər tərəfdən, bəzi erkən və son dövr şiə müəlliflər əsərlərində bu təfsirə istinad etmiş, rical alimləri Furat haqqında müsbət fikirlər səsləndirmişlər. Bu məqalədə Furat əl-Kufi və onun “Təfsir” əsəri, Quran və “təfsir” anlayışı haqqında məlumat veriləcək.
Keywords