Comparative Turkish Dialects and Literatures (May 2024)
İngilis Toyları ilə Bağlı İnanclar
Abstract
Qədim dövrlərdən bu günə qədər keçirilən mərasimlər xalqın mədəniyyətinin, incəsənətinin, xarakterinin öyrənilməsində böyük rol oynayır. Mərasimlər qədim dövrlərdə daha çox dini-magik funksiya daşıyırdısa, sonrakı dövrlərdə onların əksəriyyəti öz funksiyasını itirərək sadəcə əyləncə və ya oyun kimi qeyd olunur. Mərasim folklorunun tədqiqi nəinki bu folklor növünün özünün, ümumiyyətlə söz sənətinin ən qədim qaynaqlarının öyrənilməsi üçün də çox vacibdir. Mərasim folkloru şifahi xalq yaradıcılığının ən qədim növünü təşkil edir. Azərbaycan və Böyük Britaniya xalqlarının ənənəvi adət və mərasimlərinin formalaşmasında tarixi və coğrafi amillərin, genetik və etnik əlaqələrin rolu çox böyükdür. Məqalədə qədim ingilis toyları, onların xüsusiyyətləri, toy mərasimi ilə bağlı qədim adət-ənənələr və inanclar araşdırılır. Bu araşdırmada ingilislərin köhnə toy mərasimləri digər xalqların toy mərasimləri ilə müqayisə edilərək oxşar və fərqli cəhətlər ortaya qoyulur.
Keywords